Ziya Məmmədov prezident seçildi

img

28-02-2013 [11:55]


Azərbaycan Voleybol Federasiyasının (AVF) fevralın 27-də VI hesabat-seçki konfransı keçirilib. Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Voleybol Mərkəzində təşkil olunan konfransın gündəliyində 3 məsələ olub. Bunlar 2009-2012-ci illər Federasiyanın fəaliyyəti haqqında hesabat, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı Faiq Qarayevin rəhbərliyi altında Təşkilat Komitəsinin yaradılması və AVF-nin rəhbər orqanlarının seçilməsi olub. Konfransın sonunda Ziya Arzuman oğlu Məmmədov yenidən Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA