Sumqayıtın icra bazçısı ilə müavini əlbəyaxa olub?

img

27-02-2013 [12:38]


Sumqayıt şəhər icra başçısı Eldar Əzizovla müavini Seyfəddin Rəhimov arasında əlbəyaxa davaya çevrilən qarşıdurma baş verib. Mia.az Avropa.info-ya istinadən xəbər verir ki, hadisə icra başçısının müavin Seyfəddin Rəhimovun hadisə 3 gün bundan öncə baş verib. Qalmaqalın baş verməsinə səbəb isə Eldar Əzizovun Seyfəddin Rəhimova məxsus bazarı sökdürmək istəməsi ilə bağlı olub. Belə ki, icra başçısı müavnini iş otağına çağıraraq nəzarətində olan bazarı sökdürmək qərarında olduğunu bildirib. Bundan qəzəblənən Seyfəddin Rəhimov isə icra başçısını ağır söyüşlərlə təhqir edərək,?sən kimsən ki, mənim bazarımı sökdürürsən? deyib. Bundan sonra isə əsl qalmaqal düşüb. İcra başçısı və müavini əlbəyaxa olublar. Dava dalaşı eşidən icra hakimiyyəti işçiləri onları çətinliklə bir-birlərindən ayıra biliblər. Hadisədən sonra müavini işdən çıxartmaq üçün ?yuxarılara? müraciət edən Eldar Əzizov sərt təpki ilə qarşılaşıb. İcra başçısına ?müavinlə işin olmasın? tapşırığı verilib. Məsələ ilə bağlı adıçəkilən rəhbər şəxslərlə əlaqə yaratmaq istəsək də, cəhdlərimiz alınmadı. İcra Hakimiyyətindən adını deməyən xanım əməkdaş isə sualı dinlədikdən sonra hadisədən məlumatsız olduqlarını dedi: "Biz belə xəbər eşitməmişik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA