Səhiyyə Nazirliyi ilə təzkilat rəhbərinin məhkəmə savazı ziddətlənir

img

27-02-2013 [10:21]


Səhiyyə Nazirliyi ilə "Qarabag Əlilləri və Vetaranları Cəmiyyəti " İctimai Birliyinin Nəsimi rayon təşkilatının rəhbəri Əhməd Rəhmanov arasındakı məhkəmə davası yüksələn xətlə davam edir. Xatırladaq ki, Əhməd Rəhmanovun 2008-ci il təvəllüdlü oğlu Rəfaelin Suraxanı rayon Bülbülə kənd poliklinikasında vurulan peyvəndlərdən sonra səhhəti kəskin pisləşib. Psixi geriləmədən sonra ?ata, ana, baba? və sair sözləri deyən balaca uşaq tamamilə susaraq ünsiyyətdən yayınıb. Çoxsaylı həkim müayinəsindən sonra bəlli olub ki, peyvəndin tərkibindəki ağır metallar və sair elementlər uşaqda autizm xəstəliyi yaradıb. Həmin ildən həm peyvəndlərin tərkibinin müəyyənləşdirilməsi, həm də uşaqlara ciddi müayinə olunmadan peyvəndlərin vurulması kampaniyasını həyata keçirən Səhiyyə Nazirliyinə qarşı qanuni yollarla mübarizə aparan Əhməd Rəhmanov, eyni zamanda, illərdir övladının müalicəsi ilə məşğuldur. Əhməd Rəhmanov bizimlə söhbətində deyib ki, peyvəndlərin kimyəvi tərkibi haqqında rəsmi məlumat almaq üçün bir çox rəsmi instansiyalara (Prezident Administrasiyasından tutmuş, rayon poliklinikasınadək) yazılı müraciət edib: ?Lakin uzun yazışmalardan sonra məni Suraxanı Rayon Səhiyyə İdarəsinə çağırıb, qeyri-rəsmi formada bu peyvəndlərin içərisində olan yaddaş kağızlarını verdilər və mənə məsləhət gördülər ki, "başımı ağrıtmayım". Bundan sonra özümün apardığım kicik araşdırmadan məlum oldu ki, peyvəndlərin tərkibində olan ?TIMERASOL? (orqanik civə) maddəsi sovet dövründə istifadə olan peyvəndlərə nisbətən 2 dəfə artırılmışdır. Belə ki, əgər bu vaksin birdəfəlik dozada deyil, bir neçə dəfə istifadə oluna bilən qablarda qablaşdırılıbsa, onun tərkibindəki civə Dünya Səhiyyə Təşkilatının göstəricilərinə görə normadan 35 dəfə (!!!) çoxdur. Vaksinin tərkibində ağır metalların çox olmasına səbəb isə Hindistanda istehsal olunan vaksinlərin 2 il müddətində qalması üçün tərkibinə konservant maddələrin (ağır metalların) vurulmasıdır. Hal-hazırda mənim 4 yaşlı oğlumun qanında ağır metalların miqdarı normadan 16 dəfə çoxdur. Bu xəstəliyin səbəbi mənim oğluma bir dozalı ?Timerasol? deyil, ötən əsrin 20-ci illərində icad edilmiş və bu vaksinin qabaqcıl ölkələrdə istifadəsinin qadağan olunduğu və onun yarada biləcəyi fəsadları əvvəlcədən bilərək həmin vaksinin oğluma qəsdən vurulmasıdır. Mən də bu və ya digər səbəbləri nəzərə alaraq, Səhiyyə Nazirliyini məhkəməyə verdim. Nazirlikdən mənəvi ziyan kimi simvolik olaraq 1 (bir) manat, oğlumun müalicəsinə indiyədək xərclədiyim 5 (beş) min manat vəsaitlə bərabər, həm də həmin peyvəndlərin dövriyyədən çıxarılmasını tələb etdim. Lakin iddia ərizəmə aidiyyatı üzrə baxan Nəsimi Rayon Məhkəməsinin hakimi İkram Şirinov fevralın 13-də iddiamı rədd edən qətnamə çıxardı. Məhkəmə prosesində elə hallarla üzləşdim ki, bir vətəndaş, bir iddiaçı kimi heyrətə gəldim. Sizə qəribə gəlsə də, vəsadət verərək məhkəmədən övladımın Səhiyyə Nazirliyinə ekspertizaya göndərilməsini xahiş etdim. Məhkəmə istəyimi kağız üzərində qəbul etdi. Ancaq praktik həyata keçirmədilər. Son nəticədə isə ekspertiza və nazirliyin laborator analizi təqdim olunmadan hakim qərarını qarşı tərəfin xeyrinə verdi. Şübhəsiz ki, qətnaməni alan kimi apellyasiya şikayəti verəcəyəm. Yəqin ki, bu qarşıdakı həftəyə təsadüf edəcək?. Rəhmanov onu da deyir ki, məhkəmənin gedişi ərəfəsində Səhiyyə Nazirliyindən ona ?dəvət? də gəlib: ?Məni nazirliyə dəvət etdilər. Orada mənə kömək etmək istədiklərini dedilər. Görüşdə dedim ki, mənə oğlumun qanında ağır metalların miqdarı və başqa bir neçə analiz lazımdır. Sənədlərə baxandan sonra dedilər ki, Azərbaycanda ağır metalları yoxlayan laboratoriya yoxdur. Daha dəqiqi, laboratoriya var, amma kağız üzərindədir?. Məsələyə qarşı tərəfdən münasibət öyrənmək mümkün olmayıb. Nazirliyin mövqeyini də dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA