Laçınlı köçkünlər prezidentdən kömək istəyirlər

img

25-02-2013 [05:13]


Laçın rayonundan məcburi köçkün, hazırda Ağcabədi rayon Taxta körpü ərazisində bioloji müharibə şəraitində yeraltı daxmalarda müvəqqəti məskunlaşmış, Laçın rayon İcra Hakimiyyəti tərəfindən tanınmayan bir qrup vətəndaşlar tərəfindən MİA-ya müraciət daxil olub. Bildiririk ki,1992-ci ildən doğma yurd yuvalarımızı itirib Ağcabədi rayonu ərazisində yeralti daxmalarda, palçıq daxmalarda yaşamağa başladıq. Hal-hazıra kimi yaşadığımız bu ölüm düşərgəsində övladlarımız sağlamlığını itirib. Bu illər ərzində biz sakinlər rayonun diqqətindən tam kənarda qalmışıq. Bizimlə bir dövlət qrumu maraqlanmamışdır. Cənab Prezidentimiz İ.Əliyev Ağcabədi rayonu ərazisində yeni salınacaq qəsəbənin tikilməsi üçün sərəncam imzalayanda bizləri çox sevindirdi. Lakin bizim bu sevincimiz çox çəkmədi. Belə ki, 552 evlik qəsəbənin paylanışı zamanı evlər dözülməz şəraitdə yaşayan biz zavallılara yox, Bakı, Sumqayıt,Gəncə, İsmayıllı,Şəki və digər rayon və şəhərlərdə villaları olan adamlara verildi. Bizim imkansız şəhid ailələridə bu qayğıdan yararlanmadılar. 1.Şahməmmədov Vasli Hüseyin oğlu-şəhid 2.Mayılov Şəmil Xəlil oğlu - şəhid 3.Mayılov Manaf Şəmil oğlu - şəhid 4.Quliyev Mehbalı Zeynılabdın oğlu -şəhid 5.Əliyeva Humay Almurad qızı- ailəsində 2-ci qrup ruhi xəsə Yuxarıda adları çəkilən şəhidlərin ailələri dövlət tərəfindən ayrılmış yardım və qayğılardan məhrum edilmişlərdirlər.Biz vətəndaşların Laçın rayon İcra Hakimiyyəti tərəfindən ərizə və şikayətlərimizə baxılmaması problemlərimizin,içməli su,yol,elektrik naqillərinin bərbad vəziyyətdə olması və ən əsası isə dözülməz şəraitdə baxımsız qalmaqımız bizim dövlətə və hökumətə olan inamızı zədələyir. Hörmətli informasiya agentliyi son ümüdümüz sizədir. Biz Laçın RİHA-ya dəfələrlə müraciət etsəkdə müraciətlərimiz yalançı vədlərlə nəticəsiz qalıb. Bizlərdə belə təsəvvür yaranır ki,məgər biz Azərbaycan Respublikasının vətəndaşı deyilik. Nədən bizim müraciətlərə baxılmır. Hörmətli agentlik bizim səsimizi bəlkə siz Cənab Prezidentimizə çatdırasınız. Yaşadığımız dözülməz şəraitdən və Laçın rayon rəhbərliyinin bizlərə tətbiq etdiyi sanksiyalardan, 1992-ci ilin ağrı acısını yenidən bizə yaşatmasından cənab Prezidentimizin məlumatı olsun. Hörmətli Prezidentimizin sərəncam və tapşırıqlarına məhəl qoyulmur. Həmin sərəncam və tapşırıqları bilərəkdən pozurlar. Ona görədə sizlərdən çox acizanə xahiş edirik bizim düşdüyümüz bu hörümçək torundan qurtarmaqımıza köməklik edin. İmzalar 1.Baxışov Ünsüyyət Baxış oğlu -Laçın rayonun Şeylanlı kənd sakini AZE 06387816 2.Əliyev Rövşən Əmirxan Oğlu - Laçın rayonun Katos kənd sakini AZE 04958314 3.Mirzəyev Nizami Novruz oğlu Laçın Rayonun Şeylanlı kənd sakini AZE 03544732 4.Əliyev Arif Əmirxan oğlu Laçın Rayon Katos kənd sakini AZE 08786254 5.Nuriyev Əsgər Nuru oğlu Laçın Rayonun Katos kənd sakini AZE 08442139 6.Əliyev Edilxan Vəlı oğlu Laçın Rayonun Katos kənd sakini AZE 04957855 7.Nuriyev Əkbər Əsgər oğlu Laçın Rayon Karos kənd sakini AZE 08716340 8.Cəfərov Hasil Tanrıverdi oğlu Laçın Rayonun Ağbulaq kənd sakini AZE 07838327 9.Əliyeva Humay Almurad qızı Laçın Rayonun Katos Kənd sakini AZE 04958313 10. İbişov Sabir Müseyib oğlu Laçın Rayonun Katos kənd sakini AZE 08786508

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA