Baz Prokurorluq daha bir korrupsiya faktı ilə bağlı məlumat yayıb

img

25-02-2013 [03:19]


Baş Prokurorluq daha bir korrupsiya faktı ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, ?Azərbaycan Sənaye Bankı? ASC-nin Gəncə filialında fəaliyyət göstərən qiymətləndirici-zərgərin qanun pozuntularına yol verməsi barədə müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Müəyyən edilib ki, cəmiyyətlə bağladığı ?Xidmətlərin göstərilməsi haqqında? müqaviləyə əsasən banka girov qoyulan zərgərlik məmulatlarının və qiymətli metalların qiymətləndirilməsini həyata keçirməyə, metalın əyarını, çəkisini, xassəsini doğru və dəqiq təyin etməyə cavabdeh şəxs olan Əliyev İlqar Məzahir oğlu cəmiyyətin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olub kredit götürmək üçün bankın Gəncə filialına müraciət etmiş 54 müştəri tərəfindən girov qoyulmasından ötrü təqdim edilmiş dəmir parçalarının qızıl-zinət əşyası və ya yüksək dəyərə malik olması barədə saxta rəylər verərək 216.0 min manat məbləğində kreditin götürülməsinə nail olmaqla dələduzluq edib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq ) maddəsi ilə cinayət işi başlanıb. İ.Əliyev cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA