?Azəriqaz? fırıldaqçılıqda günahlandırılır

img

25-02-2013 [10:52]


Şabran şəhər Q.Qasımov küçəsində yaşayan 20 ailə tərəfindən prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya: Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə, baş prokuror Zakir Qaralova şikayət məktubu yazıb. Şikayət məktubunun mia.az-a göndərilən surətində qeyd olunub ki, 2013-cü ilin yanvar ayından etibarən evlərinə quraşdırılmış yeni sayğaclarda təmir adı ilə ?Azəriqaz?ın yerli Qaz İstismar İdarəsi tərəfindən hansısa fırıldaqçılığa yol verilib: ?İdarənin mütəxəssisləri tərəfindən sayğaclara nə edildisə birdən-birə göstəricilər bir neçə dəfə artmağa başladı. Təsəvvür edin ki, ötən ilin göstəriciləri ilə müqayisə də indi sayğaclarımız bəzi hallarda 3-4 dəfə artıq yazır. Əgər ötən ilin sərt qışında sayğaclarımız 30-40 manat yazırdısa, indi bu rəqəm ən azı 80-100 manat civarındadır?. Sakinlər onu da bildirirlər ki, bu ilin qazın keyfiyyəti də aşağı düşüb: ?Keyfiyyət demək olar ki, yoxdur. Tez-tez kəsilən qaz borularına hava vurulur. Bəzən yarım saat açıq saxlayırıq ki, hava çıxsın. Bu da sayğaclarımızın əlavə yazması deməkdir. Bundan əlavə, idarə əməkdaşları sayğacın üzərində olan rəqəmlərə bəzən baxmırlar. Onlar bildirişlərə öz bildikləri rəqəmi yazıb, ödəməyimizi tələb edirlər. Şişirdilmiş qiymətlər və digər nöqsanlarla bağlı dəfələrlə idarə rəisi Oqtay Qarayevin qəbulunda olsaq da, hədə-qorxudan savayı söz eşitməmişik?. Şikayətçilər onu da bildirirlər ki, küçələrdə quraşdırılmış siyirmələr işləmir. Bu səbəbdən də haradasa bir yerdə qəza baş verəndə bütün küçənin qazını bəhanə edib, dayandırırlar: ?İdarə əməkdaşları bununla bərabər, evlərin altından keçən xətlərə də diqqət etmirlər. Allah göstərməsin, evlərin altından, həyətyanı sahələrdən keçən borularda qəza baş verərsə, çox böyük faciələrə yol açıla bilər. Necə ki, bir dəfə belə bir hadisə yaşanıb. Biz bütün problemlərimizlə yanaşı, belə faciələrin də baş verməsini istəmirik. Odur ki, tezliklə qaldırdığımız problemləri yerində araşdırmaq üçün komissiya göndərilməsini və dərdimizin həll olunması üçün müvafiq addımların atılmasını Sizlərin hər birindən xahiş edirik?. Xatırladaq ki, məktubu imzalayan 20 ailə arasında Maqsud Şirinov, Orxan Əmirullayev, Akim Əsgərov, Şəfiqə Arzumanova və başqalarının adı var. Şikayətlə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA