Həbsdə olan sabiq nazir Fərhad Əliyevin yeznəsi öldürüldü

img

23-02-2013 [05:32]


Azərbaycanın hazırda həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin kürəkəni Zülfüqar Əzizov yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub. Hüquq-mühafizə otrqanlarından Femida.az-a verilən məlumata görə, hadisə Bakı-Astara magistralının Alar kəndindən (Cəlilabad rayonu) keçən hissəsində baş verib. Belə ki, Lənkəran rayon sakini Vəkil İsayev ?Mercedes? markalı avtomaşını idarə edərkən, yolu keçən Zülfüqar Əzizovu vurub. Nəticədə, Züzlfüqar Əzizov hadisə yerindəcə ölüb. Qeyd edək ki, hadisə nəticəsində ölən Zülfüqar Əzizov sabiq nazirin bacısı Xalidə Əzizovanın həyat yoldaşı olub. O, son illərdə işsiz olsa da, F.Əliyevin nazir işlədiyi dövrdə Biləsuvar Gömrük İdarəsində yüksək vəzifədə çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA