İcra başçısı ilə qardaşı arasında qalmaqal; Vilyam Hacıyev qardaşına kələk gəlib

img

23-02-2013 [03:55]


İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev hazırda İqtisadi İnkişaf Nazirliyinin Gəncə Regional Mərkəzində işləyən kiçik qardaşı Eldar Hacıyevə kələk gəlib. 

Belə ki, V.Hacıyev Göygöl rayon icra hakimiyyətinin başçısı işlədiyi dövrdə �Kapitalbank�ın Göygöl rayon filialının müdiri olan qardaşı Eldar Hacıyevə öz vəsaiti hesabına abadlıq işi gördürüb, amma bu günədək pulunu verməyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) məlumat verən Eldar Hacıyev qardaşı Vilyam Hacıyevin təhriki ilə apardığı abadlıq işlərindən sonra üzləşdiyi çoxsaylı problemlərdən söz açıb:

 �Bildiyiniz kimi, hazırda İmişli rayonunun icra başçısı olan qardaşım Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, rayona gəldiyi ilk dövrlərdə abadlıq işlərinə başlamışdı. O zaman mən �Kapitalbank�ın Göygöl rayon filialının müdiri idim. Vilyam Hacıyev rayonda bir sıra işlər görmək üçün müvafiq göstərişlər verirdi. Məni də yanı çağırıb, dedi ki, rayon mərkəzi parkında və stadionda təmir, tikinti və abadlıq işləri aparım. Dedi ki, pul tap. Xərclədiyin vəsait rayona ayırılacq puldan geri ödənəcək. Mən də qardaş kimi, ona dəstək olmaq üçün təklifi qəbul elədim və hər iki ərazidə abadlıq, təmir işləri apardım. Bu iş təxminən 32 min manata başa gəldi. O da bildirdi ki, hazırda pulum yoxdur, prezident rayonun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi və abadlaşdırma ilə bağlı pul ayıranda, sənin vəsaitini qaytaracam. Düzü, mənim o qədər pulum yox idi. Sadəcə, qardaşımın sözünü yerə salmamaq üçün borc götürüb, həmin işləri həyata keçirdim. Ancaq sonradan borc sahibinə pulu qaytara bilmədim. Məcbur qalaraq, �Kapitalbank�dan kredit götürdüm. Ancaq qardaşım Vilyam Hacıyev pulumu qaytarmadı. Bu günə qədər həmin krediti ödəyə bilmirəm�. E.Hacıyev bildirib ki, hazırda bütün əmlakı girovdadır. Onun sözlərinə görə, bank borc məsələsi ilə bağlı məhkəməyə müraciət edib: �Bank kredit borcuna görə məni məhkəməyə verdi. Əsas borcum 37 min manatdır, faizlə bir yerdə isə 49 min manatı ödəyə bilmədiyim üçün məhkəmənin qərarı gəlib əmlakımı qiymətləndirdilər. Mənə məxsus sexi 150 min manata qiymətləndirib, 95 min manata hərraca çıxarıblar. Bir sözlə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarı artıq icra olunmaq ərəfəsindədir. Bəli, qardaşımın günahı səbəbindən bu gün Bakıdakı sexim girovdadır, evimin üzərinə həbs qoyulub. Belə getsə, ailə-uşağımı çölə tökəcəklər, pis vəziyyətdə qalacağıq. Çıxılmaz vəziyyətdəyəm, nə edəcəyimi bilmirəm�. E.Hacıyevin sözlərinə görə, məsələylə bağlı Prezident Administrasiyasının Ərazi İdarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyevin də qəbuluna gedib. Ancaq şöbənin əməkdaşları məsələnin iki qardaş arasında həll olunmasını məsləhət görüblər. Başçının qardaşı iddia edir ki, borca görə, dəfələrlə Vilyam Hacıyevin qəbulunda olub: �İmişliyə icra başçısı təyin olunandan sonra da yanına getdim. Dedi ki, darıxma, düzələcək. Vəziyyətimin nə qədər ağır olduğunu desəm də, mənə kömək eləmədi. İndi telefon zənglərimə də cavab vermir. Axırda mesaj yazdım ki, mənə kömək elə. Pulu qaytarmırsansa, heç olmasa, mənə borc ver ki, əmlakımı girovdan çıxarım. Nə xərclətdiyi pulu verir, nə də başqa formada kömək edir�. Məsələylə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib-etməyəcəyinə gəlincə, E.Hacıyev bu barədə hələlik düşünmədiyini bildirib: �İndi bizim ağsaqqalımız yoxdur. Mənim ağsaqqalım Vilyam sayılır. Ancaq o da ağsaqqallıq eləmir, əksinə, məni pis vəziyyətdə qoyur, ailə uşağımın çölə tökülməsinə göz yumur. Hələ mənə bir zamanlar deyirdi ki, Ramiz Mehdiyev səni bankdakı vəzifəndən çıxarmağımı istəyir. Buna görə aramızda mübahisə də düşmüşdü ki, Ramiz Mehdiyev mənim işdən çıxarmağımı niyə istəsin? Bax, məsələ bu yerdədir. Hazırda İqtisadi İnkişaf Nazirliyinin Gəncə şöbəsində işləyirəm, 157 manat maaş alıram. Ailəm böyükdür, vəziyyətim də yaxşı deyil. Ona görə də sizdən xahiş edirəm ki, mənim məsələmin həll olunmasında köməklik göstərəsiniz�. Məsələni aydınlaşdırmaq üçün Vilyam Hacıyevlə əlaqə saxlamaq cəhdlərimiz hələ ki, alınmır. Qısa müddətdən sonra onun da mövqeyini öyrənməyə çalışacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA