Mehriban Əliyeva ?Türk mədəniyyətinin hamisi? adına layiq görülüb

img

21-02-2013 [02:51]


?Türküstan? qəzetinin təşəbbüsü və 20-yə yaxın təşkilatın dəstəyi ilə keçirilən ?Türk dünyasına xidmət ? 2012? rəy sorğusunun nəticələri açıqlanıb. "Türküstan" qəzetinin baş redaktoru, ?Ortaq Dəyərlər? İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, 3 kateqoriya - mədəniyyət, təhsil və siyasət üzrə keçirilən sorğuda respondentlərdən türk dövlətləri arasında inteqrasiya prosesinə münasibət bildirmələri də istənilib. Sorğuya ümumilikdə 37 525 respondent qatılıb. Orada 3 nominasiya üzrə 60-a yaxın şəxs və qurumların adları respondentlər tərəfindən qeyd olunub. Bunların içərisində türk dünyasının tanınmış siyasət, elm, mədəniyyət xadimləri, millət vəkilləri, sənətçilər, jurnalistlər də var. Sorğunun birinci nominasiyası - türk mədəniyyətinin qorunmasında və təbliğində xidmətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Türk mədəniyyətinin hamisi" adına layiq görülüb.#252;nyas

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA