Qutechnopark 3 zirkətlə müqavilə imzaladı

img

21-02-2013 [01:04]


Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) 3 şirkətlə əməkdaşlıq müqaviləsi imzaladı. Müqavilələr Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç, Azer.Net MMC-nin direktoru Anar Novruzov, MONtech? MMC-nin direktoru Rövşən Hümbətov və ?SENTRA? MMC-nin icraçı direktoru Ümüd Vəliyev tərəfindən imzalandı. Müqaviləyə görə Qafqaz Universiteti qeyd olunan şirkətlər üçün Qafqaz Universitetinin Texnoparkında ofis üçün yer ayırdı. Bundan sonra həmin şirkətlər öz fəaliyyətlərinin eyni zamanda Qafqaz Universitetinin Texnoparkında da davam etdirəcəklər. Müqavilə əsasında texnoparkda fəaliyyət göstrərən şirkətlər elmi-tədqiqat işlərinə əməhəmiyyət verəcəklər. Qafqaz Universiteti də öz növbəsində həmin şirkətlərlə otraq elmi-tədqiqat işlərinin aparılmasına dəstək verəcəkdir. Qeyd edək ki, Qafqaz Universiteti Texnoparkı əməkdaşlıq etdiyi şirkətlərlə birgə Yeni Fikir Müsabiqəsi keçirilməsinini də planlaşdırır. Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin tələbə və məzunlarına xitab edən müsabiqəyə bu günlərdə start veriləcəkdir

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA