Rasim ildırımzadə danızdı: "Mən münəccimliklə məzğulam...!

img

21-02-2013 [12:19]


"Elşad Abdullayev məni şantaj etmək istəyir. Video başdan-ayağa montajdır". Mia.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, Hava Nəqliyyatında Polis İdarəsinin rəisi Rasim İldırımzadə Fransada yaşayan professor Elşad Abdullayevin yaydığı yeni videoya münasibət olaraq bildirib. Fevralın 20-də yayılmış videoda Elşad Abdullayev Rasim İldırımzadə ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN-in mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər. R.İldırımzadə həmçinin bildirib ki, video ilə bağlı ətraflı açıqlama veriləcək: "Yəqin ki, Daxili İşlər Nazirliyinin həmin videoya cavabı olacaq. Videodan belə çıxır ki, mən münəccimliklə məşğulam. Bunlar ağ yalandır. Mənə qarşı təxribatdı".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA