Elzad Abdullayevin videosunu yaydığı Rasim ildırımzadə haqda maraqlı xəbər

img

21-02-2013 [11:27]


Fransada yaşayan professor Elşad Abdullayevin yaydığı yeni videodakı polis zabiti Rasim İldırımzadə Nəqliyyatda Baş Polis İdarəsinin Hava Limanı bölməsinin rəis müavini, polkovnikdir. ?Media forum?saytı bildirir ki, Rasim İldırımzadə tanınmış jurnalist, yazıçı Əli İldırımoğlunun övladıdır. Onun bir qardaşı ? Yusif İldırımzadə Xətai rayonunun prokurorudur. Yusif İldırımzadə daxili işlər naziri Ramil Usubovun qudasıdır. Rasim İldırımzadənin başqa bir qardaşı ? Yunis İldırımzadə ?Əmrahbank?ın prezidentidir. Xatırladaq ki, fevralın 20-də yayılmış videoda Elşad Abdullayev Rasim İldırımzadə ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA