Bakıda olan tıxacların səbəbi açıqlandı

img

21-02-2013 [11:17]


Bakı şəhərinin yollarında yaranan tıxacların əsas səbəbləri açıqlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qurum 1 illik fəaliyyət əsasında bu istiqamətdə araşdırma aparıb və tıxacların səbəbini dəqiqləşdiriblər. Əsas səbəblər isə aşağıfakı kimi göstərilib: - Qanunsuz parklanma - Bir çox binaların parklama meydançalarının olmaması və yaxud az tutumlu olması səbəbindən nəqliyyat vasitələrinin yolun kənarında və avtobus üçün nəzərdə tutulan ciblərdə parklanması - Son illərdə avtomobil sayının kəskin artması - Taksilərin və digər maşınların dayanacaqlara yaxın yerdə saxlamaları - Təmir-tikinti işlərinin aparılması - Şəhər infrastrukturunda olan problemlər - Piyadaların onlar üçün nəzərdə tutulmamış yerlərdən keçmələri - Sürücülər tərəfindən yol qaydalarına riayət edilməməsi və sürücü mədəniyyətinin aşağı səviyyədə olması.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA