Elmar Vəliyevin nəhəng qəsrinin fotosu yayıldı

img

20-02-2013 [11:55]


Prezident İlham Əliyevin ?2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı?nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı daha çox icra başçılarının və mərkəzi aparatda çalışan məmurların sərt şəkildə danlaması ilə yadda qaldı. Konfransdan sonra huşunu itirərək yıxıldığı söylənilən Gəncənin icra başçısı Elmar Vəliyev rəhbərlik etdiyi şəhərə qayıtdıqdan sonra dərhal toplantı keçirərək tabeliyində olan işçilərlə yanaşı, şəhər sakinlərini də hədələyib. Mətbuatda haqqında gedən tənqidi yazılardan sonra hiddətləndiyi söylənilən Elmar Vəliyevin tabeçiliyində olan işçiləri hər axşam saat 20-00 da öz qəbul otağına yığaraq təhqirlərlə tapşırıqlar verdiyi, ya da təmir-tikinti üçün onları "yüklədiyi" bildirilir. Ən maraqlısı odur ki, icra başçısı bu yaxınlarda Gəncənin Milli Təhlükəsizlik idarəsinin rəisin də kabinetinə buraxmayıb. Aldığımız məlumata görə, Elmar Vəliyev indi də Göygöl sakinlərinin rahatlığını pozub. Belə ki, Göygöl rayonun Mixayılovka və Yeni Zod kəndlərinin bələdiyyələrin sosial prespektivi üçün nəzərdə tutulan 3 ha torpaq sahəsi Elmar Vəliyev tərəfindən zəbt edilib. Adı çəkilən kəndlərin sakinləri dəfələrlə Goygöl rayon icra başçısı Arif Seyidova ərazilərinin Elmar Vəliyev tərəfindən zəbt edilməsi ilə bağlı müraciətlər etsədə heç bir tədbir görülməyib. Avropa.info-ya adının çəkilməməsini istəyən bir nəfər Bələdiyyə sədri bildirib ki,bizim iki kənd Elmar Vəliyev burada özünə böyük bir qəsr tikdirəndə su üzünə həsrət qalıb. ?Hacıkənd istirahət mərkəzinə bitişik olan Alma bağı ərazisində kəndə gələn 4 km su boru xətti ancaq Elmar Vəliyevin villasının baseyininə axır.Bizlər isə su uzundən köçmək məcburiyyətində qalmışıq.Kənd sakinləri Elmar Vəliyevin razlığı olmadan digər rayon sakinlərinə nə torpaq nədə ki, mülklərini sata bilər?- deyərək bələdiyə sədri bildirib.Əldə etdiyimiz məlumata görə, Gəncənin Mərkəzi Kolxoz Bazarını əvvəlcə yandırılaraq sonradan isə 15 metr dala çəkilməsi bəhanəsi ilə tam 5 ha ərazisi olan mülkiyyət zorla icra başçısı tərəfindən yağmalanıb. Bu azmiş kimi Elmar Vəliyev Gəncə Baş Polis İdarəsinin ərazisinin bitişik hissəsində oğluna möhtəşəm villada inşa etdirib. Avropa.info Elmar Vəliyevin Göygölün Mixaylovka və Yeni Zod kəndlərinin kəsişməsində olan villasının şəkilini təqdim edir. Qarşı tərəfin də mövqeyini təqdim etməyə hazırıq(avropa.info).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA