Nazir müavini: "Anam təmiz azərbaycanlıdır..."

img

20-02-2013 [10:41]


"Yeni Müsavat? qəzetinin 20 fevral, 2013-cü il sayında deputat Fəzail Ağamalı ilə müsahibə dərc olunub. F.Ağamalı müsahibəsində ermənilərlə qohumluq əlaqələri olan məmurların yüksək vəzifələrdə təmsil olunmalarına əleyhinə olduğunu deyib. Deputat müsahibədə ermənilərlə qohum olan məmurlardan birinin adını çəkib: ?Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovun anası başqa millətin nümayəndəsi olub və onu ölərkən müsəlman adətləri ilə deyil, xristian kimi klarnet musiqisinin müşayiəti ilə dəfn ediblər. Bunu mən bilirəm və deyirəm. Amma başqaları haqda bilgim yoxdur?. İlqar Rəhimov Moderator.az saytına açıqlamasında anasının erməni millətindən olmadığını deyib. Bildirib kii, onun anası təzmi azərbaycanlıdır və bəy nəslindəndir. Nazir müavini F.Ağamalının dediklərinə ondan münasibət öyrənmədiyi üçün ?Yeni Müsavat? qəzetini və yazını hazırlayan müxbiri də qınayıb. Sitat: ?Onun (F.Ağamalının-red.) fikirlərinə yer ayıran jurnalist peşə etikası qaydalarını pozaraq, mənim fikirlərimi öyrənməyib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA