TQDK abituriyentlərə müraciət etdi

img

20-02-2013 [02:24]


#305;n virtual ödəmə kartlarını plastik kartdan istifadə etməklə TQDK virtual ödəmə kartları, NETMONEY kartlarından istifadə etməklə NETMONEY və portmanat İnternet ünvanlarından eldə etmək olar. TQDK-nın abituriyentlərə müraciətində bildirilir ki, elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını (qiyməti 2 AZN) SMS-lə əldə etmək istəyən abituriyentlər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq. Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını (qiyməti 3 AZN) SMS-lə əldə etmək istəyən abituriyentlər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. TQDK abituriyentlərdən virtual ödəmə kartlarında göstərilən məlumatları itirməməyi və məxfi saxlamağı xahiş edir. Ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA