Elmar Vəliyev oğluna yarımmilyonluq toy edib; icra bazçısı generalı toya dəvət etməyib

img

19-02-2013 [10:26]


Gəncənin icra başçısı Elmar Vəliyev bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdan dərhal sonra səhhətinin pisləşməsi haqda yayılan xəbərə paralel olaraq, icra başçısının övladının toy mərasimi də günün maraqlı mövzularındandır. Mia.az ?Reytinq? qəzetinin son sayında dərc olunan geniş məqaləyə istinadən xəbər verir ki, Elmar Vəliyev məlum müşavirədən sonra işə çıxmır. Düzdür, başçı bunu yenə də qrip olması ilə əlaqələndirə bilər. Lakin məsələnin məğzində başqa bir məsələdə durur. O, iki gün əvvəl oğluna Bakıda ? ?Buta Palace?də təmtəraqlı toy edib: ?Toya yayılan xəbərlərdəki kimi, 2000 nəfər dəvət olunmayıb. Ola bilər ki, sonradan qonaqların sayı xeyli azaldılıb. Fakt odur ki, toyda cəmi 480 nəfər iştirak edib. 30-dək mühafizəçi isə qonaqlar mərasimin ?təhlükəsizliyi?ni təmin edib, qonaqlar arasında dolaşaraq, onların gizli çəkiliş və ya fotoşəkil çəkməsinə imkan verməyib?. İnformasiyalı qaynağın iddiasına görə, qonaqların sayının 480 nəfər olmasına rəğmən, toy kifayət qədər təmtəraqlı keçib: ?Toyda masalara 700 manatlıq konyaklar düzülmüşdü. Kifayət qədər zəngin masalarla yanaşı, Türkiyədən gətirilmiş dizaynerlərin zalı xüsusi bəzəməsini də nəzərə alsaq, Elmar Vəliyevin toya təxminən yarım milyona yaxın xərc çəkdiyini söyləmək olar?. Müsahibimiz deyir ki, toya Mahsun Qırmızıgülün dəvət edilməsi haqda yayılan xəbərlər isə yalandır: ?Toya o, deyil, Tarkan dəvət olunmuşdu. Amma prezidentin sərt xəbərdarlığından sonra yaşanan skandallar dəvətin sonradan geri çevrilməsinə səbəb oldu. Ümumiyyətlə, Prezident İlham Əliyevin ?Özləri üçün təmtəraqlı toylar, yubileylər düzəldirlər. Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirtmişəm. Bu, mənim təbiətimdir. İkincisi yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günüləri, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin. Kim bunu edirsə, o, bilir mən kimi nəzərdə tuturam? sözlərindən sonra Vəliyev oğlu Elmirin toyunu nəzərdə tutduğu səviyyədə keçirə bilmədi. O, toyla bağlı nəzərdə tutulan bir çox planları ixtisara salsa da, ümumilikdə yeganə oğlunun xeyir işi anşaqlı keçdi?. Mia.az-ın əldə etdiyi xəbərə görə, toya dəvətlilər arasına yanvarın üçüncü ongünlüyündə Elmar Vəliyevlə konflikt səbəbindən vəzifəsindən azad olunmuş və hazırda Daxili İşlər Nazirliyində Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsində işləyən general Rasim Musayev olmayıb: ?Ümumiyyətlə, onun mərasimə dəvətli olmadığını deyə bilərəm?. Qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. Amma adıçəkilənlərin hər birinin münasibətini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA