isgəndər Həmidovdan Rasim Balayevə növbəti sərt cavab: "Deyəsən, bu adam hələ ayılmayıb"

img

18-02-2013 [05:38]


Tanınmış aktyor Rasim Balayev keçmiş daxili işlər naziri İsgəndər Həmidovun onun bir zamanlar vurması ilə bağlı fikrinə cavab olaraq ?İsgəndər Həmidov yumruğun boydadır, bir dəfə vursam, kifayətdir? şəklində açıqlama verməsinə sabiq daxili işlər naziri İsgəndər Həmidovun cavabi özünü çox gözlətmədi. Xatırladaq ki, keçmiş nazir ?Reytinq? qəzetinə müsahibəsində bu ifadələri işlədib: ?Mən Rasim Balayev kimi adamlara başqa prizmadan baxıram. Bu adam "rol"a girib, hələ də çıxa bilmir. Bir dəfə Rasim Balayev əlində toppuz, üzü tük içərisində "Dədə Qorqud" filminin çəkilişindən gəlirdi. Mübahisəmiz düşdü, bir yumruq vurdum, girdi "Qaz-24" avtomobilinin altına, çıxa bilmədi. Saçından tutub avtomobilin altından çıxardım. Toppuzuna da bir təpik vurdum, qalxdı göyə, o vaxtdan bu günə kimi hələ özünə gələ bilmir. Mən onlara həyatın tullantıları kimi baxıram?. Aktyorun cavabına isə İsgəndər Həmidovun cavabı yubanmayıb. Mia.az DİA.AZ-a istinadən xəbər verir ki, keçmiş nazir bildirdi ki, deyəsən, bu adam hələ də roldan ayılmayıb: ?Mən heç nə demirəm. Sadəcə olaraq yaddaşını təzələmək istəyirəm. Bir xatırlasın, 1976-cı ili və İstisunu? ?Babək? filminin çəkilişləri? Başqa izahata ehtiyac yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA