Gülər Əhmədovanın vəkilindən mülk açıqlaması

img

18-02-2013 [03:53]


"Gülər Əhmədovanın əmlakının siyahıya alınması barədə məlumatlar həqiqətəuyğun deyil və ola da bilməz. Çünki, Gülər Əhmədova hazırda təqsirləndirilən şəxs qismində dindirilir. Əmlakın siyahıya alınması o vaxt aparılır ki, təqsirləndirilən şəxsin cinayət əməli sübuta yetirilir və əmlakın müsadirəsinə ehtiyac duyulduğu barədə məhkəmə qərar çıxardır ?. Bunu movqe.az saytına Gülər Əhmədovanın nümayəndəsi, hüquqşunas Zülfiyyə Bayramova deyib. Onun sözlərinə görə, mətbuatda siyahısı dərc olunan əmlak barədə onda heç bir məlumat yoxdur: "Mən Gülər Əhmədovanın bircə evi olduğunu bilirəm. Amma onu deyə bilərəm ki, əmlakın müsadirəsindən hələki söhbət gedə bilməz. Axı Gülər Əhmədova hazırda təqsirləndirilən şəxs qismində dindirilir. Üstəlik əmlakın müsadirəsinə ehtiyacın olduğu barədə ortada qərar da yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA