Gəncədən Elmar Vəliyevi müdafiə edən bəyənat yayıldı

img

16-02-2013 [08:38]


Azpolitika.info?-nun elektron poçtuna bir qrup Gəncə ziyalısının müracıəti daxil olub. Aralarında professor, dosent, əməkdar mədəniyyət xadimi, ?Tərəqqi? medalı laureatlarının olduğu, ümumilikdə 25 nəfərin imzaladığı müraciətdə son günlər bəzi mətbuat orqanlarında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı aparılan kampaniyaya kəskin etiraz bildirilir. Müraciəti olduğu kimi təqdim edirik: ?Biz Gəncə ziyalıları olaraq, son günlər bəzi müxalifət qəzetlərində və saytlarda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevin ünvanına yazılan böhtanlardan ciddi narahatçılıq keçirdiyimizi və hiddətləndiyimizi bəyan edirik. Təəssüflər olsun ki, bəzi qəzetlər və saytlar hansısa qüvvələrin sifarişi ilə aparılan bu kampaniyanın alətinə çevriliblər. Bəzən hətta jurnalistikanın prinsiplərinə məhəl qoymayaraq, qarşı tərəfin mövqeyini də dərc etməkdən imtina edirlər. Biz dəfələrlə həmin qəzetlərə və saytlara müraciət etsək də, onlar bizim mövqeyimizi işıqlandırmaqdan imtina ediblər. Məsuliyyətsizlik o həddə çatıb ki, artıq bəzi qəzetlər Elmar Vəliyevi işdən də ?çıxarırlar?. Elmar Vəliyevin Gəncə şəhər İcra Hakimiyyətinə başçılıq etdiyi qısa dövr ərzində gördüyü böyük işlər göz önündədir. Gəncədə böyük quruculuq və abadlıq işləri aparılır, şəhər günü-gündən inkişaf edir və müasir görkəm alır. Eyni zamanda yerli əhalinin problemlərinə də çox ciddi yanaşılır, insanların rifah halının yüksəldilməsi üçün tədbirlər görülür. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı görülən işləri yüksək qiymətləndirmiş, icra başcısının ünvanına xoş sözlər söyləmişdi. Maraqlıdır ki, bu kampaniyanı aparanlar yalnız icra başçısının ünvanına atdıqları böhtanla kifayətlənməyərək, Elmar Vəliyevin övladları barəsində də həqiqətə uyğun olmayan informasiyalar yayirlar. Güya Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlunun bir neçə bahalı avtomobilinin olması, ona 3 polis əməkdaşının mühafizəçi kimi ayrılması, uşaqlar tərəfindən tibb bacısının döyülməsi haqda əsassız və həqiqətə uyğun olmayan məlumatlar dövriyyəyə buraxılıb. Görünür son iki ilə yaxın bir müdddətdə qədim tarixi abidələrin qorunması, Gəncənin tarixi simasının özünə qaytarılması, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinin təntənəli keçirilməsi şəhərimizdə böyük uğurla davam edən geniş miqyaslı abadlıq-quruculuq işləri ilə bağlı ölkə rəhbəri cənab İlham Əliyevin tapşırıqlarının Gəncədə yüksək səviyyədə həyata keçirilməsi dövlətimizin və millətimizin inkişafını gözü götürməyən qüvvələri narahat etməkdədir. Təəssüf olsun ki, bu kimi işlərə qarşı olan qüvvələr Gəncə Şəhər İcra Hakimiyyəti başçısının oğlu barədə həqiqətə uyğun olmayan məlumatlar, daha doğru desək, şaiyyələr yaymaqdadırlar. Gəncə şəhərinin elmi ictimaiyyəti və ziyalı təbəqəsi olaraq bildirmək istərdik ki, müxtəlif müxalifət qəzetləri, internet saytlar və sosial şəbəkələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin oğlu barədə yayılan xəbərlər yalan və uydurmadan başqa bir şey deyildir. Elmar Vəliyev şəhərimizə rəhbərlik etdiyi dövrdən tələbkar rəhbər və ailə başçısı kimi tanınmışdır. Bu faktı istənilən Gəncə sakini təsdiq edə bilər. O ki, qaldı Elmar Vəliyevin oğlu barədə yalan məlumatlar yayan müxtəlif müxalifət qəzetlərə, internet saytlara, onlara da bir ziyalı kimi tövsiyəmiz ondan ibarət olardı ki, şəhər başçısının ailəsi haqqında yazarkən məlumatları ətraflı araşdırsınlar, onun doğruluğunu, obyektivliyini daha yüksək tutsunlar. Unutmaq olmaz ki, cəmiyyətin etik mədəniyyəti sosial-mədəni inkişaf və dövlət təhlükəsizliyinin mühüm şərtidir. Belə olan halda, gəlin dövlətçiliyimizə və mənəvi dəyərlərimizə hörmətlə yanaşaq. Biz əminik ki, Prezidentin ?Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı?nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışınında səsləndirdiyi iradların Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə heç bir aidiyyəti yoxdur. Gəncə ziyalıları olaraq, biz bu kampaniyaya qoşulan mətbuat orqanları və saytlara müracıət edirik və onlardan cənab Elmar Vəliyevə qarşı aparılan bu çirkin qarayaxmaya son qoymalarını tələb edirik?. Müraciəti aşağıdakı şəxslər imzalayıb: Həsənbala Sadıqov - professor Sədnik Paşayev - professor Pərvin Kərimzadə - dosent Samiq Pişnamazzadə - dosent Mehdi Rəhimov - dosent Xəlil Yusifli - professor Hüseyn Budaqov - dosent Sevda Qurbanəliyeva - professor Şahnaz Haşımova - Xalq Artisti Fikrət Verdiyev - Əməkdar artist Xalid Qurbanov - professor Bəxtiyar Muradov - Mədəniyyət işçisi Nabat Qasımova - şairə Tamella Əliyeva - Əməkdar müəllim Bayram Hacıyev - ?Tərəqqi? medalı laureatı Solmaz Qənbərova - ?Tərəqqi? medalı laureatı Yeganə Səfərova - Əməkdar müəllim Elmira Vəliyeva - mədəniyyət işçisi Roza Qafarova - həkim Raya Məmmədova - həkim Mahir Məmmədov - dosent Rəfael Bayramov - Əməkdar artist Aygün Məmmədova - müəllimə Sevda Əliyeva - müəllimə Zemfira Nəsibova - müəllimə.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA