Gülər Əhmədovanın təcridxanada səhhəti pisləzdi

img

15-02-2013 [07:13]


Vəkil Eldar Qədimi həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb. Bu barədə APA-ya vəkilin özü məlumat verib. E. Qədimi bildirib ki, G.Əhmədovanın səhhəti pisləşib: ?Bu gün Bakı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədova ilə görüşdüm. Onun səhhətində problemlər var. Həkimlər müayinədən sonra Gülər Əhmədovaya ağ ciyərin genişlənməsi diaqnozu qoyublar. Eyni zamanda onun qanında şəkərin miqdarı qalxıb və ürəyi ağrıyır?. E.Qədimi G.Əhmədovanın ona elan olunan ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib. Qeyd edək ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA