Daha 3 icra bazçısının izdən çıxarılması xəbəri doğru çıxmadı

img

15-02-2013 [04:11]


Prezident İlham Əliyevin bu bu gün Şamaxı ilə yanaşı daha 3 rayonun icra başçısını işdən işdən çıxardığına dair məlumatlar yayılıb. Bildirilir ki, İmişlinin icra başçısı Vilyam Hacıyev, Lerikin icra başçısı Rövşən Bağırov və Neftçalanın icra başçısı İsmayıl Vəliyev də işdən azad olunub. Neftçalanın icra başçısı İsmayıl Vəliyev "elitar.az" saytının bu barədə sorgusuna cavabında məlumatı təkzib etməyib. O deyib ki, bu məsələ prezidentin səlahiyyətindədir və o təyin etdiyi kimi, istədiyi adamları da vəzifədən azad edə bilər. Modern.az-ın əməkdaşı Lerik rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildirblər ki, icra başçısı Rövşən Bağırov hansısa məsələyə görə Bakıya çağırılıbmış, az öncə rayona qayıdıb. ?Biz də bu qədər bilirik?. İmişli rayon İcra Hakimiyyətindən isə Modern.az-a tələsməməyi, bir qədər gözləməyi məsləhət görüblər. Günün sonunda aydın olub ki, adıçəkilən başçılarla bağlı yayılan xəbərlər doğru deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA