"Azerspace-1? peyki bu gün orbitdə öz yerini tutacaq

img

15-02-2013 [02:16]


Azərbaycanın, fevralın 8-də Fransa Qvianasının Kuru kosmodromundan kosmosa buraxdığı ?Azərspace-1?, ilk milli süni telekommunikasiya peyki, bu gün orbitdə öz yerini tutacaq. Bu barədə ?Azərkosmos? açıq səhmdar cəmiyyətinin yaydığı məlumatda deyilir. Telekommunikasiya peyki, təyin olunan geostasionar orbitinə çıxarıldıqdan dərhal sonra, peykin sistemləri yoxlanılıb və işlək vəziyyəti təsdiq olunub. Hazırda peyk erkən orbit əməliyyatları planına uyğun olaraq müvəffəqiyyətlə hərəkətinə davam edir. Martın sonlarına doğru ?Azerspace-1? peyki tam olaraq ?Azerkosmos?-a təhvil veriləcək. Bundan sonra idarəetmə ?Azərkosmos?un mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA