Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının tarixi məlum olub

img

15-02-2013 [01:25]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının vaxtını açıqlayıb. TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında lk olaraq III ixtisas qrupu üzrə qəbul imtahanın keçiriləcəyini deyib. Belə ki, 3-cü qrup üzrə imtahan iyulun 14-də, 1-ci qrup 21 iyul, 4-cü qrup 28 iyul, 2-ci qrup üzrə isə avqustun 3-də olacaq. İxtisas seçimi isə avqustun 6-dan 15-dək davam edəcək. Abituriyentlərin ərizə qəbulu aprelin 9-dan mayın 15-nə, ərizələrin təsdiqi isə aprelin 15-dən mayın 17-dək olacaq. Ali və orta ixitsas müəssisələrinə qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı 1-20 may aralığında baş tutacaq. 2013/2014-cü tədqis ilində 7 sınaq imtahanı olacaq. Sınaq imtahanları aprel ayının 7-dən başlayacaq. Son imtahan isə mayın 26-da olacaq. Ümumilikdə bu imtahanlardan 3-ü təkrar test kitabçalarından olacaq. Rus bölməsi üzrə azərbaycan dili imtahan 1-ci 19 may (Bakı və bölgə mərkəzləri), 2-ci 23 iyun (Bakı), hərbi litsey ərizə qəbulu 15 aprel-25 iyunda keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA