Gəncənin icra bazçısı Elmar Vəliyevlə bağlı daha bir zok məlumat yayıldı

img

15-02-2013 [01:17]


Vaqif Hacıyev adlı facebook istifadəçisi öz profilində Gəncənin icra başçısı Elmar Vəliyev haqda şok məlumat paylaşıb. O yazıb ki, ölkə başçısının sədrliyi ilə müşavirə keçirilərkən Gəncənin icra başçısının səhhəti kəskin pisləşib, huşunu itirərək yıxılıb, biabırçı duruma düşüb. Mia.az Musavat.com-a istinadən həmin xəbəri oldugu kimi təqdim edir: ?Əslində Gəncə icra başçısı Elmar Vəliyevin bu səviyyədə narahatçılıq keçirməsinin də bəlli səbəbləri var. Belə ki, bir-neçə gün sonra Bakının ən bahalı mərasim salonu olan ?Buta? sarayında Elmar Vəliyevin oğlunun toy mərasimi keçiriləcəkdi. 2000-dən artıq vəzifəli məmur və nazirlərin qatılacağı bu toy mərasimi olduqca dəbdəbəli şəkildə planlaşdırılmış və Türkiyənin məşhur pop ulduzları toya dəvət olunmuşdu. Toy mərasiminə kürd əsilli Türkiyə müğənnisi Mahsun Kırmızıgül də dəvət olunubmuş. Hətta məşhur müğənninin pulu əvvəlcədən ödənilib. Ölkə başçısının sərt tənqidi iradlarından öz payını götürən Elmar Vəliyev təbii ki, oğlu barədə də narahat olub. Belə ki, Bakı və Gəncədə sözün əsl mənasında ?at oynadan? oğul Vəliyev bahalı avtomobillərdən sayılan ?Mercedes Galenvagen? markalı 90-AA-700 dövlət nömrə nişanlı maşında gəzir. Oğlunun təhlükəsizliyini təmin etmək üçün Elmar Vəliyev hələ Yevlax şəhər icra başçısı işləyərkən Yevlax polisinin 3 idmançı əməkdaşını tabel silahı ilə birlikdə mühafizəçi olaraq ayırmışdı. Elmar Vəliyevin oğlu Bakıdan Gəncəyə gedərkən yolboyu onun şəxsi avtomobilini sonu 700 ilə bitən bir neçə avtomobil müşayiət edir ki, həmin avtomobillərdə də mühafizəçilər əyləşirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA