Prezident rektoru icra bazçısı təyin etdi; Nizami Ələkbərov ?vuruldu?

img

14-02-2013 [07:23]


Bu gün prezident İlham Əliyev İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun vəzifəsindən azad olunması haqda sərəncam imzalayıb. Mia.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezidentin digər sərəncamı ilə İsmayıllı rayonuna Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıqov icra başçısı təyin edilib. Xatırladaq ki, Nizami Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır. Onu da qeyd edək ki, professor Mirdamət Sadıqov 2008-ci ildə Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru postuna təyin olunub. Əslən İsmayıllı rayonundan olan Mirdamət Sadıqovun səhhətində problemlərin olduğu da bildirilir. Yeni icra başçısının tərcümeyi-halı ilə tanış olun: ?İqtisad elmləri doktoru, professor Sadıqov Mirdaməd Mirsadıq oğlu 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1957-1967-ci ildə Lahıc qəsəbə orta məktəbində oxumuş, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititunun Maliyyə-statistika fakültəsinin ?Maliyyə? ixtisasına qəbul olub və 1971-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirib. 1977-ci ilin noyabr ayının 2-də Azərbaycan Xalq Təsərrüfatı İnsititutunun Komsomol komitəsinin katibi seçilmiş və 1982-ci ilin sentyabr ayının 10-dək bu vəzifədə çalışıb. 1982-ci ilin 10 sentyabr tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnsititutu ?Maliyyə -kredit? kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilmiş, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dossenti seçilmiş və 1988-ci ilin iyul ayının 8-nə qədər qeyd olunan vəzifələrdə işləyib. 1988-ci ilin iyul ayının 8-dən Bakı ?Maliyyə-kredit? texnikumunun direktoru vəzifəsinə təsdiq olunaraq 1992-ci ilə qədər bu işdə çalışıb, texnikumun Azərbaycan Maliyyə-iqtisad kollecinə çevrilməsi ilə əlaqədar 1992-ci ilin aprel ayının 8-dən 1999-cu ilin iyul ayının 27-nədək kollecin direktoru vəzifəsinə təyin edilib. 1993-cü ilin mart ayından Yeni Azərbaycan partiyasının üzvüdür. 1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış ?Heydər Əliyev-iqtisadi idarəetmə məktəbi? nin icraçı direktorudur. 1999-cu ilin 27 iyul tarixindən 2000-ci ilin may ayının 6-dək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsində çalışmış və doktorluq dissertasiyasını müdafiə etmək və onu başa çatdırmaq məqsədi ilə 2000-ci ilin may ayının 6-dan Azərbaycan Dövlət İqtisad İnsitituna prorektor vəzifəsinə təyin edilib. 2007-ci ildən 2008-ci il noyabr ayının 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi ?Vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzi? nin baş idarə rəisi vəzifəsində çalışıb. 2008-ci il noyabr ayının 21-dən Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. 2 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona ?Əməkdar Elm Xadimi? fəxri adı verilib. Ailəlidir. 4 övlad atasıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA