General Ziya Məmmədovun qardazı oğlunu yüksək vəzifəyə təyin etdi

img

13-02-2013 [10:30]


Daxili işlər naziri Ramil Usubov daha bir polis rəisini işdən azad edib. Məsələnin maraqlı tərəfi isə odur ki, nazirin işdən çıxartdığı şəxs nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu, daha dəqiqi, onun qardaşı oğludur. AzNews.az-ın informasiyasina görə, əslində Salyan rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışan Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq başqa vəzifəyə təyin edilib. Yəni işdən azad edilməsini heç də Fuad Məmmədovun ?vurulması? kimi qiymətləndirmək olmaz. F.Məmmədov Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis müavini vəzifəsinə təyinat alıb. Bu xəbəri DİN azadlıq.az saytına təsdiqləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA