Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev məzuniyyətə çıxdı

img

13-02-2013 [05:57]


?Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qızamüddətli məzuniyyətdədir? - administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ?Media forum? saytına açıqlamasında belə deyib. Əli Həsənov bildirib ki, administrasiya rəhbəri bu həftənin əvvəlində məzuniyyətə çıxıb və fevralın 15-də işə qayıdacaq: ?Ramiz Mehdiyev dörd günlük məzuniyyətdədir?. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu həftə keçirilən iki mühüm mərasimdə gözə dəyməyib. Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovla vida mərasimi keçirilib. Prezident İlham Əliyev, baş nazir Artur Rasızadə, nazirlər, deputatlar vida mərasiminə qatılıb. AMEA-nın həqiqi üzvü olan Ramiz Mehdiyev vida mərasimində iştirak etməyib. Fevralın 12-də isə prezident İlham Əliyevin sədrliyi ilə ?Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı?nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Baş nazir Artur Rasızadənin, nazirlərin, icra başçılarının iştirakı ilə keçirilən konfransa Ramiz Mehdiyev qatılmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA