Elmar Vəliyevlə baglı xəbər təsdiqləndi; Mia.az-ın xəbərinə həkimlər aydınlıq gətirdi

img

13-02-2013 [03:47]


Gəncənin icra başçısı Elmar Vəliyev prezidentin müşavirəsindən sonra Mərkəzi Klinikadan öncə "Medi Club" özəl klinikasına gətirilib. Bu barədə klinikanın əməkdaşı "bizimyolinfo.com" a məlumat verib. O deyib ki, E. Vəliyev dünən (12 fevralda) günorta saat 1-də təcili yardım maşını ilə klinikaya gətirilib. Klinikanın əməkdaşı icra başçısının huşunu itirdiyinə görə onlara çağırış edildiyini və xəstəxanada ona yardım göstərildiyini deyib. "Elmar Vəliyev vəzifəli şəxs olduğuna görə burada saxlamadılar, Mərkəzi Klinikaya apardılar" -klinikanın əməkdaşı bildirib. Gəncənin icra başçısı Elmar Vəliyev prezidentin müşavirəsindən sonra Mərkəzi Klinikaya gətirilib. Klinikanın stasionar şöbəsinin əməkdaşı "bizimyolinfo.com" a bildirib ki, 1960-cı il təvəllüdlü Elmar Rüstəm oğlu Vəliyev klinikada xəstə kimi qeydiyyata alınıb. Şöbə əməkdaşı E. Vəliyevə sistem taxılıb, dərman verildiyini desə də, daha sonra bir neçə yerə zəng etməli olduğunu bildirib. Zənglərindən sonra deyib ki, bu şəxs haqqında ancaq onun birinci dərəcəli qohumlarına məlumat verilə bilər. Şöbə əməkdaşı əlavə edib ki, E. Vəliyevin adı qeydiyyata alınsa da, onun xəstəxanada stasionar (yatılı) xəstə olması qeyd olunmayıb. "Amma bizim kompyüterlərdə məlumat yığılarkən çox vaxt səhvlər gedir. Sizə dəqiq deyə bilmərəm ki, o burada yatılı müalicə alır, ya yox". E. Vəliyevin həkimi ilə danışmaq istəsək də, şöbənin əməkdaşı qeyd edib ki, həkimlər toplantıdadır. Klinikanın mətbuatla əlaqələndiricisi Şəhla Bağırovanın da toplantıda olduğunu öyrənirik. Xatırladaq ki, xəbəri ilk olaraq Mia.az yayıb. Həmin xəbərdə bildirilirdi ki, Gəncənin icra başçısı Elmar Vəliyev bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdan dərhal sonra xəstəxanaya qaldırılıb. Bu xəbəri mia.az-a verən məlumatlı şəxsin iddiasına görə, müşavirədən sonra zalı tərk edən zaman Elmar Vəliyev qəfildən müvazinətini itirərək yıxılıb: ?Dərhal yaxınlıqdakı həmkarları onu qaldırmağa çalışıblar. Lakin vəziyyətin ciddiliyi nəzərə alınaraq, təcili yardıma zəng vurulub. Həkimlərin yerində müdaxiləsi ilə Elmar Vəliyev özünə gəlib. Amma ayılandan sonra da onun səhhəti qaydasında deyildi. Yaxınlarının köməyi ilə zaldan çıxarıldı. Ola bilər ki, oradan Gəncəyə deyil, xəstəxanaya aparıldı?. Elmar Vəliyevin hansı xəstəxanaya və nədən qaldırıldığını dəqiqləşdirə bilməsək də, onun Prezident Administrasiyasının tabeliyində olan Mərkəzi Kliniki Xəstəxanaya aparılması ilə yanaşı, prezidentin sərt xəbərdarlığından təsirləndiyi də istisna olunmur. Hadisə ilə bağlı gəlişmələri izləməyə cəhd edəcəyik. Məsələyə rəsmi münasibət öyrənmək də mümkün olmayıb. Son məlumata görə, Elmar Vəliyev səhhətindəki problemə rəğmən, Gəncəyə dönüb. O, son anda Bakıda xəstəxanada yatmaqdan imtina edib. Xəbəri buradan http://mia.az/news/24822.html oxuya bilərsiniz!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA