Prezidentdən məmurlara daha bir sərt xəbərdarlıq: "Mən prezidentəm, amma..."

img

13-02-2013 [10:36]


Dünən ?Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı?nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyev vəzifəli şəxsləri sərt tənqid edib. Prezident eyni zamanda vəzifəli şəxslərin avtomobillərində plyonkalardan istifadə etmələrinə də qadağa qoyub: ?Bir neçə il bundan əvvəl göstəriş vermişdim ki, maşınlardan plyonkalar sökülsün və buna son qoyulsun. Mən özüm prezidentəm, amma mənim maşınımda plyonka yoxdur. Hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər? Ya qorxurlar ki, kim isə onları görəcək? İndi camaat onları görsə nə olacaq onlara, əriyəcəklər? Mən o vaxt demişəm və tədbirlər görüldü, söküldü. Bu gün bura səhər gəlməzdən əvvəl maraqlanırdım. Daxili İşlər Nazirliyi təkcə keçən il 24 min plyonka söküb. Bu 24 min adamın qulağı yoxdur, bunlar eşitmir ki, mən nə deyirəm ? Yaxud da onların yadından çıxıb. Bu bəlkə o qədər də böyük məsələ deyil, amma bu, bir göstəricidir. Bu nə ayrıseçkilikdir cəmiyyətdə? Sənin vəzifən var, pulun var, sən özünü fərqləndirirsən. Sən get öz işinlə, əməlinlə, ağlınla, ölkəyə verdiyin töhfənlə fərqlən, plyonkanla, bahalı əşyalarla deyil? Prezident İlham Əliyev bu məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova göstəriş verib: ?Bir də mən eşidib bilsəm ki plyonkalı maşın var, o maşın müsadirə edilməlidir. İndi bilmirəm qanunvericilikdıə hansısa düzəlişlər etmək lazımdırsa onu edərik. Belə olmaz, harınlayırlar, qudururlar, heç kimi saymırlar. Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Onlara cəmiyyətdə bu statusu kim verib??(qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA