Dövlət Yol Polisi idarəsində yeni təyinat

img

12-02-2013 [10:00]


Qaradağ Rayonu Polis İdarəsinin Yol Polisi Şöbəsinə yeni rəis təyinatı olub. AzNews.az-ın əldə etdiyi məlumata görə, bu posta mayor rütbəli Sahib Hümbətov təyin edilib. O, bu təyinata qədər Binəqədi Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsində inzibati təcrübə üzrə inspektor vəzifəsində çalışıb. Qeyd edək ki, Qaradağ yol polisinin rəis postu yanvar ayının əvvəlindən boş idi. Bu şöbənin rəisi Bayram Zeynalov Sumqayıtın Yol polisinə rəis təyin edildikdən sonra bu post boş qalmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA