Prezident Mahmud Kərimovla vida mərasimində iztirak edib

img

11-02-2013 [03:38]


Azərbaycan Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovla vida mərasimində iştirak edib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında bazar ertəsi akademik Mahmud Kərimovla vida mərasimi keçirilib. Saat 15:00-a qədər keçirilən vida mərasimində iştirak etmək üçün ölkənin elm xadimləri, deputatlar və müxtəlif sahələrdə çalışan ziyalılar, sadə vətəndaşlar AMEA-ya gəliblər. Qeyd edək ki, akademiyanın prezidenti Mahmud Kərimov I Fəxri xiyabanda torpağa tapşırılacaq. Xatırladaq ki, AMEA prezidenti Mahmud Kərimov ötən gün vəfat edib. O, qəfil ürəktutmasından dünyasını dəyişib. Mahmud Kərimov 18 oktyabr 1948-ci ildə İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib, həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA