Müdafiə Nazirliyi: Helikopter qəzasında 3 zabitimiz həlak olub

img

11-02-2013 [02:43]


Müdafiə Nazirliyi Bakıda qəzaya uğrayan hərbi helikopterdə ölən hərbçilərin adlarını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj uzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhuseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olub. Rüstəm Rüstəmovun meyidi dənizdən çıxarılıb, digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir. Müdafiə Nazirliyi həlak olan zabitlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA