Sabahdan Azərbaycanda yenə qar yağacaq

img

11-02-2013 [02:39]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,Bakıda və Abşeron yarımadasında fevralın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmurlu keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Yaxın 2 gündə Abşeron yarımadasında rütubətli hava şəraiti, eyni zamanda arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA