isa Qəmbər ?kölgə kabineti?ndən danızdı...

img

10-02-2013 [04:38]


Son vaxtlar ayrı-ayrı internet mediasında müxalifətin ?kölgə kabineti? ilə bağlı müxtəlif siyahılar dərc olunur. Həmin siyahılar isə hakimiyyətə gəlmək iddiasında olan müxalifətə qeyri-ciddi imic gətirir desək, yanılmarıq. Ana müxalifətin əsas lideri olan Müsavat başqanı İsa Qəmbər də nəhayət bu məsələyə münasibət bildirib. ?Orta məktəbdə riyaziyyat müəllimimiz tez-tez deyərdi ki, sağ qulağı sol əllə qaşımağa ehtiyac yoxdur. Bir müəllimimiz də vardı, özü sağ qulağını sol əliylə qaşıyardı...İndi kimlərsə sağ qulağını sol əllə qaşıya-qaşıya bizə dərs verməyə qalxanda, kimlərsə bizim əvəzimizə "kölgə kabineti" hazırlayanda müəllimlərim yadıma düşür...?-deyən İsa Qəmbər mətbuatda təqdim olunan müxalifətin ?kölgə kabineti?nin siyahılarına rişxənd edib(Modern.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA