Bakıda kollec direktorunu qandalladılar

img

09-02-2013 [06:13]


Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Bakı Dövlət Sosial İqtisad Kollecində uzun müddət fəaliyyət göstərən korrupsiya şəbəkəsi ifşa edilib. Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. E.Sultanov deyib ki, kollecin direktoru və digər 3 əməkdaş həbs edilib. O, əlavə olaraq geniş aşıqlama veriləcəyini bildirib. Qeyd edək ki, Bakı Dövlət Sosial İqtisadi Kollecində keçirilən antikorrupsiya əməliyyatı zamanı saxlanılanlar olduğu barədə ilk olaraq ?müsavat.com? məlumat yayıb. Məlumatda qeyd olunur ki, kollecin direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov və direktorun sürücüsünə qarşı ittiham irəli sürülüb, barələrində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O da məlum olub ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları xüsusi əməliyyat keçiriblər, adı çəkilən şəxslərin əllərində rüşvət üçün verilən pullar tutulub. Üstəlik, proses texnikanın imkanlarından yararlanmaqa, mötəbər sübutlar yaradılaraq, aparılıb. Məlumata o da bildirilir ki, fevralın 8-də Təhsil Nazirliyində bu hadisə ilə bağlı xüsusi toplantı keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA