Bakıda ölümlə nəticələnən dəhzətli yol qəzası baz verdi

img

09-02-2013 [12:37]


Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. MIA-nin Fəvqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəzada 2 yük avtomobili toqquşub. Daxil olan məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücülərdən biri hadisə yerində ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini deformasiyaya uğrayan avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 06:40-da başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA