Maliyyə Nazirliyi partiyalara pul ayırdı - SiYAHI

img

08-02-2013 [06:17]


Maliyyə Nazirliyi siyasi partiyalar üçün pul ayırıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ?Siyasi partiyalar haqqında? Azərbaycan Respublikası Qanununun 17-1-ci maddəsinə əsasən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən siyasi partiyalara dövlət büdcəsindən ayrılmış vəsaitin siyasi partiyalar arasında bölgüsü onların müvafiq bank hesablarına köçürülməsinin təmin edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılıb. Göstərilənləri əssas götürülməklə, 2013-cü il dövlət büdcəsində siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı nəzərdə tutulan maliyyə yardımı aşağıdakı məbləğlərdə aidiyyəti siyasi partiyalar arasında bölüşdürülüb. Dövlət büdcəsindən ayrılan vəsait Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən, partiyaların təqdim etdiyi sifarişlər əsasında rüblər üzrə siyasi partiyanın bank hesabına köçürülməsi təmin ediləcək. ? Siyasi partiyaların adı Məbləğ (manatla) 1 Yeni Azərbaycan Partiyası 1145125,89 2 Vətəndaş Həmrəyliyi Partiyası 136089,81 3 Ana Vətən Partiyası 121029,57 4 Sosial Rifah Partiyası 105969,33 5 Azərbaycan Demokratik İslahatlar Partiyası 105969,33 6 Azərbaycan Ümid Partiyası 105969,33 7 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 105969,42 8 Vətəndaş Birliyi Partiyası 105969,33 9 Böyük Quruluş Partiyası 105969,33 10 Milli Dirçəliş Hərəkatı Partiyası 105969,33 11 Ədalət Partiyası 105969,33

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA