Əkrəm Əylislini AYB-dən də çıxardılar

img

08-02-2013 [02:28]


?Əkrəm Əylisli dəfələrlə deyib ki, o, 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxıb və bizim keçirdiyimiz tədbirlərdə iştirak etmir. Həmin vaxtan da bu günə kimi AYB-ə qarşı təxribat və böhtan xarakterli çıxışlar edir. AYB rəhbərliyi isə həmişə humanistlik göstərib, onun şıltaqlığına dözüb?. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən daxil olan məlumatda deyilir. AYB bəyan edib ki, ?Daş yuxular? romanıyla Əylisli yalnız yazıçıların deyil bütün xalqın qəzəbinə tuş gəlib: ?AYB-nin bəyanatında bu barədə ətraflı açıqlama verilib. Bundan sonra da Ə.Əylisli mən ?AYB-ni saymıram? mövqeyini bəyan edib. Biz də onun daha AYB-nin üzvü olmadığını təsdiq edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA