Azərbaycan ilk peykini fəzaya qaldırır

img

07-02-2013 [06:00]


Fevralın 7-dən 8-nə keçən gecə Azərbaycan özünün ilk peykini fəzaya qaldıracaq. ?Azərspace-1? adlı peyk Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan ?Ariane Space? fransız şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırılacaq və geostasionar orbitə çıxarılacaq. Bu haqda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat verib. Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya, Şərqi Asiya ölkələrini əhatə edəcək peyk Azərbaycanın bütün ərazisində internet və digər rabitə, televiziya yayımı üzrə xidmətlər təqdim edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA