DiN əməliyyat keçirdi: kriminal dəstə zərərsizləzdirildi

img

07-02-2013 [01:23]


Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən daha bir kriminal dəstənin zərərsizləşdirilməsi istiqamətində Tərtər rayonunda uğurlu əməliyyat tədbiri keçirilib. Bu barədə MIA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, nəticədə sözügedən dəstə üzvlərindən Yevlax rayonunda yaşayan Mahmud Rüstəmov, Bakı şəhər sakinləri Araz Fərəcov, Məhəmməd Quliyev və Turlan Məmmədov saxlanılıb. Araşdırmalar zamanı həmin şəxslərin paytaxt ərazisində yerləşən müxtəlif barlarda vətəndaşlara qarşı zor tətbiq edərək xuliqanlıq əməlləri, qəsdən sağlamlığa ağır zərər vurma və digər ağır cinayətlər törətdiklərinə görə axtarışda olmaları müəyyənləşdirilib. Dəstənin digər üzvlərinin də tapılıb-tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA