?Pezələri məsafədən seçək?! distant məlumat məsləhət xidmətinin yaradılması

img

06-02-2013 [12:49]


1;rbaycan gəncliyi 2011-2015-ci illərdə? Dövlət Proqramının icrasına öz dəstəyini verən QHT-lərdən biri də ?Demokratik Gənclər İctimai Birliyidir. Layihənin əsas məqsədi gənclərin müasir peşələrə stimullaşdırılması, köhnə steotiplərdən uzaqlaşdırmaq, informasiya texnologiyalarının imkanlarından istifadə etməklə gənclərə peşə seçimində dəstəyin göstərilməsi, karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, əmək bazarı və gənclərin hazırlığı arasında daha yüksək uyğunluq səviyyəsinin təmin edilməsindən ibarətdir. Bildirmək istərdik ki, ?Peşələri məsafədən seçək?! distant məlumat məsləhət xidmətinin yaradılması ? layihəsi çərçivəsində: - Peşə seçimi ilə bağlı İnternet Portalının yaradılması , karyera və peşə hazırlığı ilə bağlı Azərbaycan və Rus dillərində video çarxların, ?Mən və Karyeram? adlı Azərbaycan dilində və Azərbaycanda məhz düzgün peşə seçimi ilə bağlı ilk dəfə Rus dilli gənclər üçün ???????????????? adlı bir kitabça da hazırlanmaqdadır. Kitabların hazırlanmasında Ukraynalı Beynəlxalq dərəcəli Ekspertlər ?.?. ?????, fəlsəfə elmlər doktoru və tarix elmlər namizədi, Gənclər üçün Karyera və İnkişaf Mərkəzinin direktoru ?.?.??????????? da yaxından iştirak edirlər. Bundan əlavə olaraq, Birliyin ünvanına Azərbaycan Respublikasının Sumqayıt, Bakı, Lənkəran şəhərlərindən, Ağcabədi, Quba, Qusar, Balakən, Fizuli, Gədəbəy və s. rayonlardan 150 nəfərə yaxın müxtəlif peşə sahibləri, tələbə və işsiz gənclər tərəfindən məktublar gəlmişdir. Məktublarda gəncləri Düzgün peşə seçimi, Uğurlu Karyera və digər məsələlərlə bağlı məlumatlar Birliyin ekspertləri və təlimçiləri tərəfindən cavblandırılmışdır. Bir çox məktəb rəhbərlərinin bir başa müraciəti əsasında, bir neçə məktəblərin şagirdləri ilə skype və oovoo programlarının köməkliyi ilə canlı əlaqə saxlanılmış və 9-11 ci sinif şagirdləri üçün online təlimlər həyata keçirilmişdir. Mart ayından etibarən ?Demokratik Gənclər? İB Azərbaycanın regionlarında müxtəlif sosial qrupları əhata edən gənclərlə və onlarla işləyən Dövlət Qurumlarının iştitrakı ilə Dəyirmi masaların keçirilməsini planlaşdırır. Ən uğurlu cəhətlərdən biri də gənclərlə yanvar və fevral aylarında aparılan uğurlu işlərin nəticəsində 2 nəfər gənc Bank sektorunda işə düzəlmiş və Birliyin ünvanına təşəkkür məktubu göndərmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA