Fevralın 7-dən hava zəraiti pisləzəcək, bəzi ərazilərdə qar yağacaq

img

05-02-2013 [01:52]


Fevralın 7-dən etibarən respublika ərazisində hava şəraiti qısa müddətə dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, fevralın 7-də Bakı və Abşeron yarımadasında çiskinli yağış yağacağı gözlənilir. A.Verdiyev qeyd edib ki, yaxın 3 gün ərzində Bakı və Abşeron yarımadasında dəyişkən buludlu və əsasən yağmursuz hava şəraiti gözlənilir. Fevralın 6-da axşam bəzi yerlərdə duman olacaq, arabir güclənən şimal-qərb və cənub küləkləri əsəcək. Havanın temperaturu gündüz saatlarında fevralın 6-da 7-10 dərəcə, fevralın 7-də 7-11 dərəcə, fevralın 8-də isə 6-10 dərəcə isti gözlənilir. Bölgələrdə də yaxın 3 gün ərində əsasən yağmursuz hava şəraiti gözlənilir. Ayın 6-da qərb rayonlarında arabir güclənən külək əsəcək. Temperatur Aran rayonlarında gündüz 10-15 dərəcə isti, dağlıq rayonlarda isə 4-9 dərəcə isti gözlənilir. Fevralın 7-də isə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA