Əkrəm Əylislinin oğlu izdən qovuldu

img

05-02-2013 [12:56]


Qalmaqallı ?Daş yuxular? romanının müəllifi Əkrəm Əylislinin oğlu işdən qovulub. Belə ki, Dövlət Gömrük Komitəsinin Maliyyə, Taarif və Valyuta Nəzarəti Baş İdarəsi, Aksiz şöbəsinin rəisi vəzifəsində çalışan gömrük polkovnik-leytenantı Nəcəf Əylisliyə bu gün işdən azad olunduğu elan edilib. Xalq yazıçısı Əkrəm Əylisli Dövlət Gömrük Komitəsinin Maliyyə, Taarif və Valyuta Nəzarəti Baş İdarəsi, Aksiz şöbəsinin rəisi vəzifəsində çalışan gömrük polkovnik-leytenantı Nəcəf Əylislinin işdən çıxarılmasına AzNews.az-da aydınlıq gətirdi. ?Mən bu işin içində deyiləm. Dəqiq bilmirəm ki, doğrudan da oğlumu çıxarıblar, ya yox. Mənim oğlum iqtisadçıdır, Akademiyanı bitirib. Dövlət üçün mütəxəssisdir. İşlədiyi quruma hər hansı tapşırıq yolu ilə təyin olunmayıb. Belə bir kadrın doğrudan da işdən çıxarılması əlbəttə ki, ədalətsizlikdir. Bizim evdə elə bir ab-hava yoxdur. O, heç bir vaxt mənim yaradıcılığıma qarışmayıb. Mən heç bir vaxt yazılarımı uşaqlarımla müzakirə etmirəm. Hər kəs öz işindədir. Amma hər halda Akademik Milli Dram Teatrında mənim repertuar planına salınan pyesimi ləğv edibsə, bunu da gözləmək mümkündür. Rejissor Ncat Kazımov yalan deyir. O, tamaşanı məşqlərdən çıxarıblar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA