Baz Prokurorluq ilqar Məmmədov və Tofiq Yaqublu ilə bağlı məlumat yaydı

img

04-02-2013 [10:26]


Baş Prokurorluq Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının rəhbəri İlqar Məmmədovun həbsi ilə bağlı rəsmi məlumat yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, qeyd edilən cinayət işi üzrə Yaqublu Tofiq Rəşid oğlu, Məmmədov İlqar Eldar oğlu, həmçinin İsmayıllı rayon sakinləri Abdullayev Mirkazım Mirəzim oğlu və İsmayıllı Elşən Səməd oğlu Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Nəsimi rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA