Prezident pensiyalarla bağlı sərəncam imzaladı

img

04-02-2013 [10:21]


Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. MIA Prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsnda bildirilib ki, 2012-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2013-cü ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması təmin ediləcək. ?Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2012-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2013-cü ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin"-deyə sərəncamda bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA