Irəvan Azadlıq Təzkilatı da Əkrəm Əylislidən üzr istəməyi tələb etdi

img

04-02-2013 [06:25]


Əkrəm Əylislinin "Drujba narodov"jurnalında işıq üzü görən "Daş yuxular" ilə bağlı Irəvan Azadlıq Təşkilat da bəyanat yaydı. Bəyənatda deyilir: "Əkrəm Əylislinin "Drujba narodov" jurnalında işıq üzü görən "Daş yuxular" romanı cəmiyyətdə ciddi narahatlıq yaratmışdır.Cəmiyyətin ayrılmaz tərkib hissəsi olan Irəvan Azadlıq Təşkilat bu əsəri hiddətlə qarşıladı. IAT Əkrəm Əylişlinin adıçəkilən əsərini Azərbaycan xalqına atılmış böhtan və iftira hesab etməklə yanaşi,tarixi gerçəkliklərin,reallıqların təhrifi, eyni zamanda erməni vehşiliyinin qurbanı olan minlərlə soydaşlarımızın ruhuna təhqir kimi qiymətləndirir. Əkrəm Əylisli öz çirkin və məkirli məqsədlərini həyata keçirmək üçün bilərəkdən ermənilərin tarixlər boyu Azərbaycan türklərinin başına gətirdikləri faciələri, kütləvi qətilləri və digər qeyri-insani əməlləri nəinki danmağa çalışır, əksinə həyasızcasına sülhsevər və böyük mədəniyyətə sahib bir milləti-Azərbaycan türklərini layiq olmadiğı prizmada göstərir. Bu, onun erməni xislətini, bədnam niyyətini açıq şəkildə ortaya qoyur. Irəvan Azadlıq Təşkilatı bütün yuxarıda sadalananları nəzərə alaraq "Daş yuxular" əsərinin müəllifi Əkrəm Əylislinin Azərbaycan xalqından üzr istəməsini tələb edir, əks halda bəyan edir ki, Azərbaycan xalqına böhtan atdığına, tarixi faktları və həqiqətləri təhrif etdiyinə görə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA