Sinoptiklər meteohəssas insanlara xəbərdarlıq etdi

img

04-02-2013 [05:04]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 05-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında isə fevralın 05-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 1-5, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz: Fevralın 05-dən 07-dək Abşeron yarımadasında nisbətən mülayim qış havası müsbət amil olsada, atmosfer təzyiqinin xeyli tərəddüdü, gilavar və xəzri küləyinin bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA