Ramil Usubov Rasim Musayevi yüksək vəzifəyə təyin etdi

img

02-02-2013 [01:30]


Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışmış polis general-mayoru Rasim Musayev DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Bu barədə DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-in sorğusunu cavablandırarkən deyib.Nazirin digər əmri ilə DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsində çalışan polis polkovniki Möhübbət Hüseynov Lənkəran şəhər Polis Şöbəsinə rəis təyin olunub. Lənkəran şəhər Polis Şöbəsinə rəisi polis polkovniki Elxan Əliyev DİN-in sərəncamına götürülüb. Qeyd edək ki, bir müddət öncə Rasim Musayev öz xahişi ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən istefa verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA