Zakir Qaralov prokurorları topladı

img

01-02-2013 [05:16]


Bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2012-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Prokurorluğun mətbuat xidmətindən MIA-ya daxil olan xəbərə görə, iclasda hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2012-ci il Azərbaycan Respublikasının müstəqil inkişaf tarixində görkəmli nailiyyətlərlə yadda qalan və ölkəmizin daha da qüdrətlənməsi ilə nəticələnən mühüm bir dövr olub. ?Ölkə prezidenti - Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində məqsədyönlü xarici siyasət tədbirləri davam etdirilməklə yanaşı, Milli Ordunun daha da gücləndirilməsi, müasir ordu quruculuğu məqsədlərinə xidmət edən zəruri infrastrukturların yaradılması istiqamətində böyük işlər görülmüş, Ermənistanın ümumi büdcəsinin iki milyard dollarlıq həcmdə olduğu bir vaxtda, Azərbaycanda yalnız hərbi sahəyə ayrılan xərclər 3,7 milyard dollarlıq həddə çatmış, 40-dan çox sənaye müəssisəsində 700 növdə hərbi təyinatlı məhsulların istehsalı təşkil edilib. 2013-cü ildə ölkənin həyatında çox mühüm siyasi kampaniya və təleyüklü bir məsələ olan Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi ilə əlaqədar Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə azad və demokratik seçkilərin keçirilməsinin əsas şərti kimi Azərbaycan Respublikası ərazisində ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun stabilləşdirilməsinə yönəldilmiş qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, Azərbaycan vətəndaşlarının öz iradəsini azad ifadə etməsi üçün təhlükəsiz şəraitin yaradılması, mütəmadi olaraq yerlərdə vəziyyət öyrənilməklə aşkar edilən problemlərin, o cümlədən dini ekstremizm, seperatçılıq və destruktiv qüvvələrin baş verə biləcək pozucu hərəkətlərinin, digər təhlükəli meyillərin aradan qaldırılması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib?. İclasda bildirilib ki, son dövrlərdə Bakı şəhərində və İsmayıllı rayonunda baş vermiş destruktiv qüvvələrin təsiri altında ölkədə ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaş qarşıdurması yaradılmasına, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsində və əmlaka ziyan vurulmasında ifadə olunan qanunsuzluqlara yol verilməsi faktlarına görə başlanmış cinayət işləri üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilməklə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və belə halların təkrarlanmaması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilir. Belə ki, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsi tərəfindən ?Elektron hökumət? layihəsi çərçivəsində ?Elektron Sənəd Dövriyyəsi? sisteminin yaradılması və 2012-ci ilin əvvəllərindən etibarən həmin sistemin Baş Prokurorluqda kağız dövriyyəsi ilə paralel olaraq fəaliyyət göstərməsi təmin olunmuş, Elm-Tədris Mərkəzi ilə əlaqəli şəkildə ?Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair - Elektron cinayət? İnformasiya Proqramı yaradılmaqla 2012-ci ilin oktyabr ayından bu sistemin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə və Ağır cinayətlərə dair işlər üzrə istintaq idarələri və bir sıra tabe prokurorluqlarda tətbiqinə başlanılıb. ?2013-cü ilin Azərbaycan Respublikasında ?İnformasiya kommunikasiya texnologiyaları ili? elan edilməsi haqqında? Dövlət başçısının Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Baş Prokurorluğun müvafiq Tədbirlər planının təsdiq olunması və nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi barədə tapşırıqlar verilib. Xüsusi olaraq vurğulanıb ki, korrupsiya qarşı kəsərli və ilk növbədə, profilaktiki yönümlü mübarizənin gücləndirilməsi, bu sahədə fəaliyyətin forma və metodlarının daha da təkmilləşdirilməsi 2012-ci ildə Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri olmuşdur. Korrupsiyaya qarşı mübarizənin Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritet istiqaməti kimi müəyyənləşdirilməsinin nəticəsidir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin çevik strukturunun formalaşdırılması, işçilərin say tərkibi artırılmaqla onların sosial müdafiəsinin gücləndirilməsi, ilk dəfə olaraq, idarəyə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi, eyni zamanda, elektron informasiya ehtiyatlarından real vaxt rejimində istifadə imkanlarının yaradılması və bir sıra digər əhəmiyyətli tədbirlərin həyata keçirilməsi müsbət uğurlara gətirib çıxarıb. Diqqətə çatdırılıb ki, Nazirlər Kabinetinin 16 yanvar 2013-cü il tarixli iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi barədə Dövlət başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2012-ci ildə əldə olunmuş nailiyyətlər daha da möhkəmləndirilməklə ?Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı?na müvafiq olaraq Azərbaycan Respublikası Prokurorluğuna həvalə edilmiş tapşırıqların keyfiyyətli icrası, qurumun işinin daha da müasirləşdirilməsi, əməkdaşların peşə hazırlığı səviyyəsinin müntəzəm artırılması və yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi və görülmüş işlər barədə geniş ictimaiyyətin sistemli şəkildə məlumatlandırılması təmin ediləcəkdir. Kollegiya iclasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri və bütün hərbi birləşmələrdə qanunçuluğun təmin olunması və hərbi nizam-intizamın möhkəmləndirilməsi, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun öz səlahiyyətləri daxilində səmərəli fəaliyyət göstərdiyi, işin düzgün təşkili, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyi, mövcud strukturun təkmilləşdirilməsi və fəaliyyətin müasirləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində məqsədyönlü işlərin görüldüyü diqqətə çatdırılıb. Dövlət əmlakının mənimsənilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir sıra səmərəli tədbirlərin həyata keçirildiyi, o cümlədən, 2011-ci illə müqayisədə hesabat ilində 121 fakt və ya 44 faiz çox korrupsiya və rüşvətxorluq cinayətləri aşkarlandığı, müstəqil şöbə statusunda fəaliyyət göstərən Xüsusi istintaq şöbəsində qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin istintaqı ilə əlaqədar görülən məqsədyönlü işlər barədə məlumat verilmişdir. Baş prokurorun müavini - Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov və digər natiqlərin çıxışlarında 2012-ci il ərzində görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, ?Prokurorluq haqqında? qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsinə yönəldilmiş konkret təkliflər irəli sürülüb. Kollegiya iclasına yekun vuran Baş prokuror Zakir Qaralov ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi və hər bir əməkdaş ölkəmizdə reallaşdırılan böyük quruculuq işlərində öz səlahiyyətləri daxilində yaxından iştirak etməklə, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə bütün uğurlarımızın əsas təminatçısı kimi ölkədə formalaşdırılmış dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın, dövlət maraqlarımızın hər cür cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı qətiyyətli mübarizənin təşkili, vətəndaş cəmiyyətinə xas olan demokratik dəyərlərin etibarlı müdafiəsi işində öz xidmətlərini göstərəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA